-
Yaşıl Şuşa - Yaşıl Dünya gənc alimlərin elmi tədqiqatlarında
6 oktyabr tarixində Azərbaycan Respublikası Gənclər Fondunun @youthfundaz gənclər təşkilatları üçün elan etdiyi qrant müsabiqəsi çərçivəsində “Elm” gənclərin sosial intellektual inkişafına dəstək ictimai birliyi, Master Academy və DOKTORANTURA mərkəzi“Yaşıl Şuşa - Yaşıl Dünya” gənc alimlərin elmi tədqiqatlarında adlı layihəsin növbəti mərhələsi keçirilib.Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Səbuhi Abdullayev layihənin əhəmiyyətindən və gedişatından ətraflı izahat verdi. Layihə çərçivəsində gənc alimlərlə Şuşa və Xankəndi şəhərinə, eləcə də Qarabağ Universitetinə səfərin əhəmiyyətindən danışdı. Konfransa 70-ə yaxın tezisin qəbul edildiyini bildirdi. Əhəmiyyətli elmi işlərin yer aldığı tezislər toplusunun hazırlandığını bildirdi.Daha sonra tətqiqat işlərinin müzakirəsi, eləcə də COP29 tərəflər konfransı ərəfəsində iqlim dəyişiklikləri mövzusunda gənc tədqiqatçılar tezislərlə çıxış etdilər.Sonda iştirakçılara sertifikatlar, layihə loqosunu daşıyan köynəklər təqdim edildi, xatirə şəkli çəkildi. -
Lütfi Zadə-Qeyri-səlis məntiq nəzriyyəsinin gənc riyaziyyatçılara aşılanması
Dünya şöhrətli alim Lütfi- Zadənin şərəfinə təşkil edilmiş “Lütfi Zadə-Qeyri-səlis məntiq nəzriyyəsinin gənc riyaziyyatçılara aşılanması” adlı layihəyə qeydiyyat başladı. İştirakçılar qeyri-səlis məntiq nəzəriyyəsi üzrə təcrübəli mütəxəssislər tərəfindən təlimlərə cəlb olunacaq. Layihəni uğurla başa vuran iştirakçılara diplom və sertifikatlar, eləcə də digər hədiyyələr təqdim olunacaq. Layihə üçün qeydiyyat iyulun 31-nə qədər davam edəcək. Ali təhsil müəssisələrinin riyaziyyat ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulub. -
ŞUŞA ELM festivalının ilk seçim turu
ŞUŞA ELM festivalının ilk seçim turu MASTER ACADEMY tədris mərkəzində keçirilmişdir. Layihədə müxtəlif yaş həddindən olan iştirakçılar olub. Layihə davam edir. -
ŞUŞA ELM festivalı
Azərbaycan Gənclər fondunun elan etdiyi XV qrant müsabiqəsinin qalini "ELM" Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Biriliyi yeni layihəsi haqqında Cıdır düzündən elan verib. Layihə rəhbəri Səbuhi Abdullayev "Dəmir yumruq"un gücünün nəticəsi, ZƏFƏR gününün təməli, Xarıbülbülün vətəni, 2021-ci ilin mədəniyyət paytaxtı olan ŞUŞA-nın Cıdır düzündə " ŞUŞA ELM festivalı" adlı layihə haqqında məlumat verib. Layihənin seçim turunun ilk mərhələsində müxtəlif yaş həddindən olan, xüsusi olaraq da gənclərin aktiv şəkildə iştirak etməsini tövsiyyə edib. Seçim turunda iştirakçıların həm intellektual bilikləri sınanacaq, həm də Şuşanın tarixi və mədəniyyətini əhatə edən suallar təqdim olunacaq. ŞUŞA AZƏRBAYCANDIR!!! -
“İntellektual potensialımızı artıraq” mövzusunda yarışların təşkili
“İntellektual potensialımızı artıraq” mövzusunda yarışların təşkili Turnirin açılış tədbiri MASTER ACADEMY tədris mərkəzində baş tutdu. Qeydiyyat MASTER ACADEMY tədris mərkəzinə yaxınlaşaraq fiziki yolla qeydiyyat Onlayn : http://masteracademy.az/index.php?page=registr&type=3&examid=288 Sosial şəbəklər vasitəsilə: https://www.facebook.com/ELM.ictimaibirlik/ , https://www.instagram.com/?hl=tr Zəng vasitəsilə : 051-439-96-36